ONN İnformasiya Agentliyi

Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin nəzərinə
14 Noyabr 2017 - 22:23

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

AZƏRTAC-ın xəbərinə görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 15, 22 və 29-da, dekabrın 2, 6 və 13-də aparılacaq. Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidi vasitəsilə əldə etmək mümkündür.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png