Fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.

ONN medianın Dövlət İmtahan Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.