ONN İnformasiya Agentliyi

Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib

Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
08 Yanvar 2020 - 15:39

ONN xəbər verir ki, Azərbaycan Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev bu gün 84 yaşında vəfat edib.

Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Görkəmli alim Vəli Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb.

Mərhum Mehdiabad qəbiristanlğında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png