İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır".

ONN media-nın xəbərinə görə, bunu təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq: "Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək".