ONN İnformasiya Agentliyi

III ixtisas qrupunda GƏRGİNLİK- Nə baş verir?

III ixtisas qrupunda GƏRGİNLİK- Nə baş verir?
31 İyul 2019 - 12:52

İxtisas seçiminin başa çatmasına artıq 6 gün qalır.

Hazırki gedişata görə, bu il ixtisas qrupları üzrə ən gərgin vəziyyət III ixtisas qrupunda müşahidə olunur.

Maraqlıdır ki, bu gərginliyin yaranmasına səbəb nədir?

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, bu gərginliyin əsas səbəbi III ixtisas qrupuna müraciət edənlərin sayının daha çox olmasıdır:

“II ixtisas qrupuna hazırlaşanların III ixtisas qrupuna gəlməsi (tarix fənninə görə) gərginliyi daha da artırır. Subbakalavrların da bu mübarizəyə qoşulması əlavə gərginlik mənbəyi hesab olunur. Kurikulum sistemində hazırlaşanların humanitar fənləri daha asan idi. Ona görə də ən çox 600 balı keçən abituriyent məhz III ixtisas qrupundadır. Çünki onların fənləri olduğu kimi qalmışdı”.

Ekspertə görə, bu ildən fərqli olaraq, növbəti ildə il III ixtisas qrupuna sənəd verənlərin sayının azalacağı gözlənilir:

“III ixtisas qrupunda riyaziyyat fənni deyil, coğrafiya fənni olsaydı, vəziyyət daha da acınacaqlı ola bilərdi. III ixtisas qrupu üzrə ən aşağı göstərici riyaziyyat fənnindədir. Növbəti il III ixtisas qrupuna sənəd verənlərin sayı azalacaq. Çünki III ixtisas qrupunda uyğun ixtisaslar azdır. Ona görə də buradan II ixtisas qrupuna daha çox axın olacaq”.

Qeyd edək ki, ixtisas seçimi iyulun 24-dən etibarən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png