ONN İnformasiya Agentliyi

İmtahanda iştirakçıların yerini dəyişdirmək olar?

İmtahanda iştirakçıların yerini dəyişdirmək olar?
18 İyul 2019 - 15:14

İmtahanda iştirakçıların yerlərinin dəyişdirilməsi yanlış anlaşılır.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, iştirakçıların hansı kompüter arxasında oturmasının imtahanın gedişatına heç bir təsiri yoxdur:

“İmtahan iştirakçısı tutduğu masadan asılı olmayaraq, kompüterə öz pinkodunu, şəxsiyyət vəsiqəsinin kodunu əlavə etməklə şəxsi kabinetinə giriş edir. Şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar açılır. Şəxsin şəxsiyyət vəsiqəsi başqası tərəfindən istifadə olunmursa, ora şəxsin özündən başqa heç kəs daxil ola bilməz”.

Nazir müavini bu günlərdə imtahan zamanı başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdinin olduğunu bildirib:

“Bu cəhdin imtahan təşkilatçıları tərəfindən qarşısı alınıb. Bununla bağlı Təhsil Nazirliyi müvafiq addım atacaq”.

Bizi

< <


ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png