Məktəbəqədər təhsillə bağlı yenilik olacaq

Azərbaycanda uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunur.

ONN media-nın xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə Bakı şəhərində və ölkənin müxtəlif yaşayış məntəqələrində uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunub.