ONN İnformasiya Agentliyi

Məktəblərə yeni dərsliklər paylanıldı

Məktəblərə yeni dərsliklər paylanıldı
29 Noyabr 2019 - 22:35

Azərbaycanda məktəbəhazırlığın səmərəli təşkili məqsədilə hazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlərin hazırlanması üzrə işlər aparılır. ONN media bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məlumat verib. O bildirib ki, həmin kitablardan artıq yarısı çap olunaraq Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png