ONN İnformasiya Agentliyi

Məktəblərdə payız tətilinin vaxtı açıqlandı

Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
11 Noyabr 2022 - 12:55

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Bu barədə ONN media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Payız tətili noyabrın 20-dək davam edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png