ONN İnformasiya Agentliyi

Məktəblərdə tədris mayın 31-dək dayandırılacaq? – RƏSMİ AÇIQLAMA

Məktəblərdə tədris mayın 31-dək dayandırılacaq? – RƏSMİ AÇIQLAMA
17 Mart 2020 - 12:52

ONN media xəbər verir ki, Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb:

“Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png