ONN İnformasiya Agentliyi

Məktəblərin açılması müzakirə olunub, qərar… – Qarayeva

Məktəblərin açılması müzakirə olunub, qərar… – Qarayeva
31 İyul 2020 - 16:34

Məktəblərin açılması ÜST-ün missiyası ilə müzakirə olunub.

Bunu TƏBİB-in Xəstəliklərin Kontrolu və Profilaktikası Şöbəsinin müdiri Yaqut Qarayeva ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:

“Vətəndaşlarımız və ölkəmiz üçün hansı qərar doğrudursa, qəbul olunacaq. Bu haqda ictimaiyyətə məlumat veriləcək”.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, missiya çərçivəsində aparılan görüşlərdə müşahidələr müzakirə olunub:

“Bakıdan rayonlara axın zamanı rayonlarda yoluxmaların artması müşahidə olunur. Hər belə hal Operativ Qərargahın qəbul etdiyi qərarlara təsir göstərir. Buna görə də alınan qərarlar statistikaya əsaslanır. Biz də yoluxmaların azalmasını istəyirik. Bu qərarları qəbul edən insanlar da çölə çıxmaq, təmiz hava almaq istəyirlər. Qaydalara riayət edək ki, qış fəslində normal həyata qayıdaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png