ONN İnformasiya Agentliyi

Məktəbli formaları ilə bağlı YENİLİK

Məktəbli formaları ilə bağlı YENİLİK
17 Fevral 2020 - 15:26

“Məktəbli formaları ilə bağlı təkliflərimizi hazırlayıb, Təhsil Nazirliyinə təqdim etmişik. İşçi qrupun yenidən iclası keçiriləcək və təkliflərimiz dəyərləndiriləcək”.

ONN media xəbər verir ki, bunu Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, məktəbli formaları ilə bağlı artıq nümunələr hazırdır.

“Nazirliyin saytında olan nümunələri hazırlasaq da, hələ verməmişik. Çünki ilk görüşdə 6 müəssisə çağrılmışdı və fikirlərimizi öyrəndilər. Sonradan qərara gəlindi ki, təkliflərimizi hazırlayıb göndərək və təkliflərə baxılsın. Bir həftə vaxt verilmişdi. Bütün müəssisələr təklifləri verdi, indi nazirliyin qərarını gözləyirik. Sonrakı görüşdə nümunələr istəniləcək. Yekunda ictimaiyyət və nazirlik hansı formanın olacağına qərar verəcək”.

E.Əzimov nümunələr arasında köhnə formaların da olduğunu qeyd edib. “Yeni formaya keçid tədricən olacaq. Çünki formanı təzə alan şəxslər var. İmkanı olmayan insanlar formaları uşaqlarına 2-3 il geyindirirlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png