ONN İnformasiya Agentliyi

Magistratura səviyyəsində yeni ixtisas

Magistratura səviyyəsində yeni ixtisas
01 Avqust 2019 - 10:41

Ali təhsilin magistratura səviyyəsində “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası yaradılıb.

ONN media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Nazirlər Kabineti  Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.

Müvafiq olaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na da dəyişiklik edilib. Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturasına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlardan keçməlidirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png