Magistrlar üçün müsabiqə – 1500 manat mükafat

Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2018” müsabiqəsi keçiriləcək.

AMEA-dan verilən məlumata görə, bununla bağlı akademik Akif Əlizadənin müvafiq sərəncam imzalayıb. Müsabiqə bu ilin may-iyun aylarında keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 1500 manat;

II yer – 1000 manat;

III yer – 500 manat.

Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.

ONN media