ONN İnformasiya Agentliyi

MİQ üzrə imtahanın müsahibə mərhələsi başlanılır

MİQ üzrə imtahanın müsahibə mərhələsi başlanılır
18 Avqust 2022 - 11:06

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə ONN media-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5298 nəfər dəvət edilib. İlk gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

25 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png