ONN İnformasiya Agentliyi

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
04 Sentyabr 2019 - 12:41

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.

Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png