Müəllimlərin müsahibə mərhələsinin vaxtı açıqlandı

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin, namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında komissiya üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.