ONN İnformasiya Agentliyi

Müəllim olmaq istəyənlər imtahan verir

Müəllim olmaq istəyənlər imtahan verir
22 İyul 2019 - 14:19

İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3216 namizədin iştirakı gözlənilir.

Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib. Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png