ONN İnformasiya Agentliyi

Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ

Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
07 Avqust 2019 - 10:41

Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır.

ONN media xəbər verir ki, namizədlər avqustun 14-ü saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər.

Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılan, diaqnostik qiymətləndirilmədə iştirak edən namizədlər seçə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png