ONN İnformasiya Agentliyi

Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR – FOTO

Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR – FOTO
18 Yanvar 2020 - 21:21

Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

ONN media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “Telegram” səhifəsində məlumat paylaşılıb.

Belə ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq(cəmi-60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png