ONN İnformasiya Agentliyi

Müəllimlərin nəzərinə: müsabiqə başladı!

Müəllimlərin nəzərinə: müsabiqə başladı!
25 Aprel 2022 - 10:05

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək bu linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edək ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:

– Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;

– İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;

– Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;

– 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png