ONN İnformasiya Agentliyi

Nazir: Ən az riskli təhsil növü haqqında fikirləşmək lazımdır

Nazir: Ən az riskli təhsil növü haqqında fikirləşmək lazımdır
27 Avqust 2020 - 17:18

Ölkə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan sonra 3 martdan etibarən ölkə ərazisində təlim-tədris işləri dayandırıldı. Bu zaman dərslər onlayn qaydada keçirilməyə başladı.

ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədris ili başa çatdıqdan sonra tədrisin təşkili ilə bağlı əlaqədar qurumlarla müzakirələr aparılıb: “Təhsil Nazirliyi və Təhsil İnstitutu bu müddətə beynəlxalq təcrübələri öyrəndi. Bu gün dünyada 60 ölkədə məktəblər açılıb, 39 ölkədə isə bununla bağlı ümumiyyətlə qərar yoxdur”.

Nazir qeyd edib ki, pandemiya şəraitində hansı tədrisin daha rahat olması yox, ən az riskli olan təhsil növü haqqında fikirləşmək lazımdır: “Təhsil sistemi özündə bir neçə milyon insanın hərəkətini və ünsiyyətini ehtiva edir. Təhsil müəssisələrinin açılması virusun yayılmasına təsir edən faktor kimi nəzərə alınmalıdır. Biz də ən doğru qərarların qəbul olunması haqqında fikir mübadiləsi aparmışıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png