ONN media

Nazir yeni rektoru kollektivə təqdim etdi

Nazir yeni rektoru kollektivə təqdim etdi
01 Avqust 2019 - 16:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

ONN media xəbər verir ki, rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran Ceyhun Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png