ONN İnformasiya Agentliyi

Nazirliyin qaynar xəttinin funksiyaları genişlənib – Ceyhun Bayramov

Nazirliyin qaynar xəttinin funksiyaları genişlənib – Ceyhun Bayramov
27 Aprel 2020 - 17:33

13 apreldə 2020-ci il üçün həssas təbəqəyə aid ailələrin övladlarının təhsil haqlarının ödənilməsi ilə bağlı qərar qəbul olunub və mövzu üzərində işlənilir.

ONN media xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib:

“Tələbələr sistemə daxil olub, həssas qrupa aid olduqlarını təsdiq edəcəklər və məlumatlar Təhsil Nazirliyinin sisteminə daxil olacaq. Daha sonra təhsil müəssisələrinə bu barədə təlimat göndəriləcək. Qərar 2020-ci ilin yay və qış sessiyaları üçün nəzərdə tutulub”.

Nazir qeyd edib ki, aprelin 6-dan etibarən Təhsil Nazirliyinin qaynar xəttinin funksiyaları genişlənib. Qaynar xəttə zəng edən şəxslərə psixoloji dəstək göstərilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png