ONN İnformasiya Agentliyi

Onlar imtahanlarda maksimum bal toplayıblar – VİDEO

Onlar imtahanlarda maksimum bal toplayıblar – VİDEO
03 İyul 2019 - 21:58

IV ixt­isas qrupu üzrə iyunun 23-də keçirilmiş qəbul imtahanların­ın nəticələrinə görə Bərdədə yaşayan Təhmin Muradov böyük uğur qazanıb. O, verilən bütün sual və tapşırıqlara düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

17 yaşlı Təhmin Muradov buraxılış imtahanlarında 295 bal, ümumilikdə isə 695 bal toplayıb.

Ailədə iki övlad olan Təhmin Muradovun böyük qardaşı da iki il əvvəl rayon üzrə ən yüksək nəticə göstərərək, 695 balla tibb universitetinə daxil olmuşdu.

İmişlidə məzun olan Turqut Ağaşov da I ixtisas qrupu üzrə imtahanda təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə göstərib.

Ona dərs deyən əməkdar müəllim Şakirə Bədəlova da Turqutdan bu nəticəni gözlədiyini bildirib.

Turqut buraxılış imtahanının və ali məktəbə qəbul imtahanının ümumi nəticəsinə görə 690 bal toplayıb.

Lənkəranda yaşayan Mirkazım Ağayev də I ixtisas qrupu üzrə maksimal nəticə əldə edənlərdədir. O, hələ buraxılış imtahanında 285, ali məktəbə qəbul imtahanında isə maksimum 400 bal toplayıb.

Mirkazım gələcəkdə neft kimya mühəndisi olmağı düşünür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png