ONN İnformasiya Agentliyi

Övladını məktəbə göndərib-göndərməmək birbaşa valideyndən asılıdır

Övladını məktəbə göndərib-göndərməmək birbaşa valideyndən asılıdır
27 Avqust 2020 - 17:40

Həm məktəb daxilində müəyyən qaydalara əməl edilməsi, həm də məktəbə uyğun olmayan ərazilərdə qaydalara riayət olunması vacibdir.

ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib:

“Məktəblinin dostu” layihəsi pandemiya dövründə məktəblərlə əməkdaşlıq edəcək. Belə ki, onlar məktəb daxilində şagirdlərin temperaturunu ölçəcək. Simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsində “Məktəblinin dostu” kömək edəcək.

Əgər hansısa uşağın qızdırması varsa, valideynlərə həmin övladlarını məktəbə göndərməməyi tövsiyə edirik”.

O bildirib ki, paralel olaraq distant təhsil davam etdiyi üçün övladını məktəbə göndərib-göndərməmək seçimi birbaşa valideyndən asılıdır: “Aparılan sorğular zamanı bəzi valideynlər məktəbləri təhlükəli hesab etsə də, bəziləri məktəblərin açılmasını istədi. Bu səbəblə valideyn fənlərdən asılı olaraq övladının dərslərə onlayn qaydada qoşulmasını seçə biləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png