ONN media

Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ

Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ
18 Sentyabr 2019 - 15:15

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.

Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər tələb olunan sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) qeyd edilən müddətədək [email protected] elektron ünvanına göndərməlidirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png