Daha 13 məktəblidə koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA

Daha 13 məktəblidə koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən ONN media -ya bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Geri qayıt