Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır

İbtidai siniflər üçün dərslər mayın 7-də başlayacaq.
ONN media xəbər verir ki, sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tətil mayın 5-də başa çatacaq. İbtidai siniflər üçün dərslər mayın 7-də (mayın 6-sı bazar günüdür) başlayacaq.
Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.