Müəllimliklə məşğul olmağın şərtləri ağırlaşdırılır - Yeni tələb

Müəllimliklə məşğul olmağın şərtləri ağırlaşdırılır - Yeni tələb


Azərbaycanda müəllimlər sertifikasiyaya cəlb ediləcəklər. İlk dəfə işə qəbul olunanlar beş il müddətində sertifikasiyadan keçirilməyəcək

ONN media xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, məcəlləyə yeni 67-2-ci maddə (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) əlavə edilir. Həmin maddədə deyilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.

Həmin maddəyə görə, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilməyəcək.

Bundan əlavə, ilk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər də sertifikasiyadan keçirilməyəcək.

Sertifikasiyadan "Təhsil haqqında" qanuna uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.



 

Geri qayıt