İxtisas seçən abituriyentlərin sayı açıqlandı

İxtisas seçən abituriyentlərin sayı açıqlandı


Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi aparır.

ONN media xəbər verir ki, sentyabrın 5-i saat 17:00-a olan məlumata əsasən, 3.037 abituriyent ixtisas seçib. Onlardan 2.973-ü Azərbaycan, 64-ü isə rus bölmələrində təhsil alacaq gənclərdir.

İxtisas seçimi sentyabrın 5-i saat 23:59-dək davam edəcək.

Geri qayıt