ONN İnformasiya Agentliyi

Qəbul balları kəskin düşəcək – Ekspertdən ANONS

Qəbul balları kəskin düşəcək – Ekspertdən ANONS
26 İyul 2019 - 23:59

Builki qəbul imtahanlarından 400 baldan yüksək nəticə göstərənlərin sayı ötənilki göstəricilərlə müqayisədə aşağıdır.

ONN media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspert bildirib ki, II ixtisas qrupu üzrə cəmi 1 abituriyent 690-700 arası bal toplayıb. Halbuki 2018-ci ildə bu rəqəm 16 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər isə 6 nəfər olub ki, bu da ötən illə müqayisədə 7 dəfə azdır. Ötən il həmin balı 42 nəfər toplamışdı. 670-679 arası bal toplayan abituriyentlərin sayı bu il 15 nəfər, keçən tədris ilində isə 82 nəfər təşkil edib. Müvafiq olaraq, 660-669 arası bal toplayan abituriyentlər 2019-cu ildə 35 nəfər, 2018-ci ildə isə 129 nəfər olub. Nəhayət, II ixtisas qrupu üzrə 650-659 arası bal toplayan abituriyentlər 69 nəfərdir, ötən il isə 182 nəfər idi.

Bu il III ixtisas qrupu üzrə cəmi 2 abituriyent 690-700 arası bal toplayıb. Halbuki keçən il bu rəqəm 39 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər 2019-cu ildə 9 nəfər, 2018-ci ildə isə 86 nəfər təşkil edib. 670-679 arası bal toplayan abituriyentlər cari tədris ilində 28 nəfər, ötən il isə 149 nəfər olub. 660-669 arası ballıq nəticəni 52 nəfər göstərib ki, bu da ötən il üçün kifayət qədər az rəqəmdir. Çünki 2018-ci ildə eyni nəticəni 227 nəfər göstərib. 650-659 arası bal toplayan abituriyentlər 93 nəfər olub, keçən il isə 300 nəfər idi.

Kamran Əsədov əlavə edib ki, bu, II və III qrup üzrə keçid ballarının aşağı düşəcəyini deməyə əsas verir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png