ONN İnformasiya Agentliyi

Qarabağda tikilən məktəblər nə vaxt açılacaq?

Qarabağda tikilən məktəblər nə vaxt açılacaq?
12 Yanvar 2023 - 15:57

İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev məlumat verib.

Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin təhsil müəssisəsi istismara verilməsə də, açılışa hazırdır.

F.Əliyev hazırda Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur.

Rəis müavini deyib ki, bundan əlavə, Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır:

“Bir də Laçında 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png