ONN İnformasiya Agentliyi

Səs yazısı yayılan direktor vəzifəsindən azad olundu

Səs yazısı yayılan direktor vəzifəsindən azad olundu
20 Sentyabr 2022 - 10:09

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

ONN media xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

Məktəbin direktoru müəllimlər üçün yaratdığı Vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png