ONN İnformasiya Agentliyi

Şagirdlər arasında aksiya keçirildi- RƏSMİ CAVAB VERİLDİ

Şagirdlər arasında aksiya keçirildi- RƏSMİ CAVAB VERİLDİ
01 Dekabr 2022 - 14:46

Sabirabad rayon Kovlar kənd tam orta məktəbin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı təhvil verildikdən sonra qazanxana işə salınıb. Qazanxanada bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır.

Bu barədə ONN media-ya açıqlamasında Mil-Muğam Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Vilayət Əliyev deyib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kəndində orta məktəb şagirdlərinin sinif otaqlarının soyuq olduğuna görə “Soyuqdan donuruq” sözləri yazılmış plakatlarla etiraz etdikləri fotolar yayılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png