ONN İnformasiya Agentliyi

Sınaq imtahanları ilə bağlı daha bir açıqlama

Sınaq imtahanları ilə bağlı daha bir açıqlama
29 Noyabr 2022 - 17:56

Kurslarda və digər sınaq imtahanı keçirilən yerlərdə qiymətlərin baha olmasının başlıca səbəbi Dövlət İmtahan Mərkəzinin (DİM) bazara təqdim etdiyi qiymətlərdir.

Bu sözləri ONN media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sınaq imtahanlarının qiymətinin yüksək olması ilə bağlı danışarkən deyib.

“Qiymət artımına səbəb kimi kağız daşıyıcılarının qiymətinin qalxmasını və ya yeni model sualların yoxlanılmasını göstərirlər. Amma bunlar qiymətlərin artmasına səbəb ola bilməz.

DİM sınaq və qəbul imtahanlarının qiymətini 2016-cı ildən 2 manatdan 40-50 manata qədər artırdı. Bu da digər sınaq imtahanı keçirən qurumlara fürsət oldu. Hazırki qiymətlərə birbaşa DİM-in təqdim etdiyi qiymətlər təsir göstərir. Bu qurumlar kommersiya xarakterlidir. Hazırlıq kursları az xərc çəkib, çox gəlir əldə etmək istəyirlər. Əgər DİM sınaq imtahanlarının qiymətini ucuzlaşdırsa, bazarda qiymət ciddi şəkildə aşağı düşəcək”, – ekspert bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png