ONN İnformasiya Agentliyi

“Son zəng”lə bağlı əmr imzalandı

“Son zəng”lə bağlı əmr imzalandı
13 İyun 2018 - 13:52

Təhsil naziri Ceyhun Bayramov "Son zəng" tədbiri haqqında əmr imzalayıb.

ONN media xəbər verir ki, müvafiq əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png