ONN İnformasiya Agentliyi

Təhsil naziri vətəndaşlara müraciət etdi

Təhsil naziri vətəndaşlara müraciət etdi
27 Avqust 2021 - 11:23

Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər.

ONN media  xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazir bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib.

Kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir. Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png