ONN İnformasiya Agentliyi

Təhsil Nazirliyindən tələbələrə şad xəbər

Təhsil Nazirliyindən tələbələrə şad xəbər
18 Noyabr 2019 - 15:31

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ildə iki dəfə doktorantura səviyyəsində təhsil üçün sənəd qəbulu elan ediləcək.

ONN media xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər semestr ərzində təxminən 40-50 tələbənin maliyyələşməsi nəzərdə tutulub:

“Bu il 100-ə qədər tələbə bu proqramdan yararlana biləcək. Növbəti illərdə müraciət çox olarsa, bu rəqəm artırıla bilər.

Proqram Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək. Tələbələrə ayrılacaq vəsait ölkəyə və universitetə görə fərqlənəcək. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə ödənişsiz təhsil alan şəxslər bu proqrama müraciət edə bilməz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png