ONN İnformasiya Agentliyi

Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar

Tələbələr lövhədə Elçin Babayevə istiliklə bağlı ərizə yazdılar
26 Dekabr 2023 - 11:40

Bakı Dövlət Universitetindən şikayət var. 
ONN media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 
Belə ki, tələbələr təhsil ocağında istiliyin olmamasından şikayət ediblər. 
Onlar auditoriyalardan birindəki lövhəyə problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə ərizə yazaraq müraciət ediblər.
Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. 
Ali təhsil ocağından bildirilib ki, BDU-nun bütün korpuslarında istilik var:
“Hazırda universitetdə istiliklə bağlı hər hansı problem yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png