ONN İnformasiya Agentliyi

15 avqust Ənvər Məmmədovun doğum günüdür

15 avqust  Ənvər Məmmədovun doğum günüdür
15 Avqust 2022 - 10:12

Unutmayaq, unutdurmayaq!

1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.

İngilis, alman, italyan və fransız dillərini bilir.

Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.

1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləmişdir.

1959-1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olmuşdur.

1961-ci ildə “Novosti” mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir.

1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin (“Qosteleradio”) sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən “Baharın on yeddi anı” və “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə “Mayak” radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.

1986-1992-ci illərdə “Novosti” mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir.

Təbrik edirik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png