ONN İnformasiya Agentliyi

17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür

17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür
17 Sentyabr 2019 - 13:12

Unutmayaq, unutdurmayaq!

17 sentyabr (d.1909-ö1989) Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi Leyla Ələsgər qızı Məmmədbəyovanın doğulduğu gündür.

Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur.

İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir.

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu.

Yetkinlik yaşına çatmamış dörd uşaq anası mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi.

Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Leyla Ələsgər qızı Məmmədbəyova 1989-cu ildə vəfat etmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür
17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür
17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür
17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png