18 mart Xan Şuşinskinin vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

18 mart (1901-1979) xanəndə, Azərbaycanın xalq artisti, Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış Xan Şuşinskinin (tam adı İsfəndiyar Aslan oğlu Cavanşir) vəfat etdiyi gündür.

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını vermişdir.

Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda “Xan Şuşinski Fondu” fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.

Allah rəhmət eləsin.