ONN İnformasiya Agentliyi

22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür

22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür
22 Dekabr 2019 - 13:58

Unutmayaq unutdurmayaq!

22 dekabr ( d.1918- ö.1944 ) azərbaycanlı partizan, əfsanəvi kəşfiyyatçı (Mixaylo ləqəbli), Sovet İttifaqı Qəhrəmanı mərhum Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olduğu gündür.

Mehdi Hüseynzadə Novxanı qəsəbəsində anadan olmuşdur. 1936-cı ildə bakıda rəssamlıq məktəbini bitirmiş, 1940-cı ilə isə Leninqrad xarici dillər institutunda məzun olduqdan sonra Bakıya qayıtmışdır. 

1942-ci ildə Tbilisi piyada-hərbi məktəbini birdikdən sonra cəbhəyə yollanmışdır. Stalinqrad döyüşündə iştirak etmişdir. Kalaç şəhəri yaxınlığında yaralanaraq, faşistlərə əsir düşmüşdür. başqa hərbi əsrlərlə birgə qaçaraq, partizan dəstəsinə qoşulmuşdur. Dəstə bir çox uğurlu əməliyyatlar keçirmişdir: italyan antifaşist dəstəsini hazırlanan tələ barəsində xəbərdar edir, qiymətli topoqrafik kartları ələ keçirir, kazarmalarda, kinoteatrlarda partlayışlar törədir, hərbi texnikanı məhv edir və s.

Vitovle kəndi yaxınlığında faşistlərin hücumu zamanı Mehdi hüseynzadə əsir düşür və həlak olur. bütün döyüşdüyü müddətdə o, doöma Azərbaycanını unutmur.

Mehdi çox istedadlı insan idi. Ana dilindən başqa, o, ingilis, ispan, rus, alman, fransız və türk dillərini bilirdi. O, gözəl rəsm çəkil, tarda ifa edir və şeir yazırdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png