ONN İnformasiya Agentliyi

22 iyun Xəlil Rza Ulutürkün anım günüdür

22 iyun Xəlil Rza Ulutürkün anım günüdür
22 İyun 2019 - 11:19

Unutmayaq, unutdurmayaq!

Xəlil Rza 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub.

İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən o, öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun ilk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub.

1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. Burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə  dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Sonra onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi.

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilir.

Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şeirlərini “Xəlil Rza Ulutürk” təxəllüsü ilə çap etdirib. O, milli-azadlıq hərəkatının öncüllərindən olub.

1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png