ONN İnformasiya Agentliyi

22 noyabr Ənvər Paşanın doğulduğu gündür

22 noyabr Ənvər Paşanın doğulduğu gündür
22 Noyabr 2022 - 11:30

Unutmayaq, unutdurmayaq!

22 noyabr 1881 -ci ildə Azərbaycanın xilaskarı, Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış Türk sərkərdəsi və siyasi xadim olmuş Ənvər Paşanın doğum günüdür!

Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə “Babıali Basqını” adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.

Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür.

1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeyker Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi.

ALLAH RƏHMƏT ELƏSİN! RUHU ŞAD OLSUN! AMİN!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png