23 avqust Şahmar Ələkbərovun doğum günüdür

Unutmayaq, unutdurmayaq!

23 avqust Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.

Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib.  “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda vəfat edib.

Allah Rəhmət Eləsin!