25 dekabr Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq.
25 dekabr (1951-2015) görkəmli rəssam, şair, heykəltəraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür.

Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970 -ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.

1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir.

Şeir yazmağa 18-19 yaşlarında başlamışdır. Uzun müddət şeirlərini heç bir mətbuat orqanında dərc etdirməmişdir.

“Dəmirçioğlunu dindir” adlı
ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görmüşdür. “Eşqəm”,
“Səhra gülləri” və 2011-ci ildə 60-cı yaşının “Söz-söz
açılan göy üzü” kitablarını nəşr etdirmişdir.

Dəmirçioğlu
adını ona Ağamalı Sadiq Əfəndi
vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün
mahalda məşhur idilər. İncə dərəsi elində “Məmməd əmi” və ya
“Mamed” təxəllüsləri ilə də tanınmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü
olmuşdur.

2015-ci ildə Bakı şəhərində vəfat edib

2015-ci ildə Bakı şəhərində
vəfat edib.