ONN İnformasiya Agentliyi

28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür

28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
28 Yanvar 2024 - 10:49

Unutmayaq, unutdurmayaq!

28 yanvar (1848 – 1929) görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradağinin doğulduğu gündür.

Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: “Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub”.

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524-1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər. Bayandur sultanın oğlu Məhəmmədqasım xan (1716-cı ildən), nəvəsi Məhəmmədkazım xan (1730-cu ildən), Məhəmmədkazım xanın oğlu Mustafaqulu xan (1763-cü ildən) və nəvəsi Məhəmmədqulu xan (1801-ci ildən) Qaradağ xanlığının xanı olmuşlar. 1804-cü ildə Məhəmmədqulu xan rəiyyəti ilə birgə Şimali Azərbaycana köçüb Şuşada məskunlaşır. Rus ordusunun polkovniki idi. Oğlu Həsənəliağa xan Qaradağski (ata) rus ordusunda poruçik rütbəsində xidmət edirdi. Həsənəliağa erkən vəfat etdiyindən və oğlunun dünyaya gəlməsini görmədiyindən onun oğluna da Həsənəliağa adı verilir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png