ONN İnformasiya Agentliyi

3 may Qaraçayların Dirçəlişi Günüdür

3 may Qaraçayların Dirçəlişi Günüdür
03 May 2018 - 10:00

Unutmayaq unutdurmayaq!
1943-cü il noyabrın 2-də Qaraçay türkləri Stalinin əmri ilə zorla Qazaxıstana sürgün etdirildi. Bütöv bir xaqlı sürgünə göndərərkən minlərlə qaraçaylı qoca, uşaq, xəstə dözülməz şərait üzündən elə yollardaca həlak oldu. Sürgün illəri də olduqca ağır məhrumiyyətlə dolu idi. Qaraçay torpaqları sahibsiz qaldıqdan sonra həmin ərazilər əsasən Gürcüstanın inzibati ərazisinə verildi. Qaraçay torpaqlarında etnik svanlar daha sonralar ermənilər yerləşdirildi. 14 il sürgündə qaldıqdan sonra, nəhayət 1956-cı ildə başqa repressiya qurbanları kimi, qaraçay xalqına da bəraət verildi. Və 3 may 1957-ci ildən qaraçay türkləri öz dədə-baba torpaqlarına qayıtmağa başladılar.
İndi hər il 3 may Qaraçay-Çərkəz respublikaslnda qaraçay türklərinin "Dirçəlişi Günü" kimi qeyd edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png